Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutu 162 saylı məktəbin “Kiçik Akademiya”sı ilə əməkdaşlıq edəcək


AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Seyfullayev və məsul katibi elmi işçi Aida Quliyeva E.Əliyev adına 162 saylı orta məktəbdə görüş keçiriblər. Məktəbin direktoru Sevinc Abbasova rəhbərlik etdiyi qurumda yaradılan “Kiçik Akademiya”nın fəaliyyət istiqamətləri, orada həyata keçirilən tədbirlər və gələcək perspektiv planlar haqqında qonaqlara məlumat verib.

Görüş zamanı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə məktəbin “Kiçik Akademiya”sı arasında cari tədris ilində birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyət planı müzakirə olundu. Fəaliyyət Planında aşağıdakı bəndlər yer alır:

1. İnstitutun əməkdaşları tərəfindən texniki təmayüllü XI siniflərdə çətin qavranılan mövzular üzrə riyaziyyat dərslərinin tədrisi;

2. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda məktəbin riyaziyyat müəllimlərinin və texniki təmayüllü X-XI siniflərdə seminarların təşkili;

3. 5-6-cı siniflər arasında “Məntiqlə düşün” bilik yarışının keçirilməsi;

4.Veb proqramlaşdırma seminarlarını keçirilməsi (saytın yaradılması və idarə olunması);

5. Texniki elmlərlə bağlı məqalələrin təqdimatı müsabiqəsi;

6. VI siniflərdə məntiq dərslərinin təşkili.

Yuxarıda sadalananlarla yanaşı hər iki təhsil müəssisəsi arasında müştərək yay məktəbinin təşkil olunması məsələsi də müzakirə mövzusu oldu.

Fəaliyyət Planının icrasına 2-ci yarımildən başlanılması nəzərdə tutulmuşdur. Məlumat üçün qeyd edək ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə məktəbimizin qarşılıqlı əlaqəsi artıq iki ildir ki, mövcuddur və şagirdlərin texniki fənlərə istiqamətlənməsinə şərait yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər