Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İki institutun əməkdaşları arasında görülən birgə iş haqqında


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları ilə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları arasında “Anizotrop Günəş küləyi modeli üçün maqnitohidrodinamik köçürmə tənliklərinin bəzi həlləri”, “Maqnit sahəsi effektləri nəzərə alınmaqla diferensial fırlanan Günəşin aşağıtezlikli məxsusi rəqsləri” və “MHD Kelvin-Helmholtz instability in the anisotropic solar wind plasma” məsələlərinin modelinin qurularaq alınan qeyri-xətti tənliklərin həll edilməsi üçün əməkdaşlıq başlamışdır. Bu məqsədlə Riyaziyyat və Mexanika İnstitutunda institutun əməkdaşları m.e.d. Elxan Abbasov, f.r.e.d., prof. Əkbər Əliyev, f.r.e.d., prof. Fərman Məmmədov və f.r.e.n, dos. Əbdürrəhim Quliyevin iştirakı ilə işçi qrupu yaradılmışdır. Bu zaman seçilən modelin real şəraitə adekvatlığı, prosesi təsvir edən alınmış tənliklərin həll metodlarının düzgün seçilməsi və bəzi hallarda isə tənliklərin ədədi üsullarla həllinin mümkünlüyü məsələsinə baxılması planlaşdırılmışdır.

Baxılan mövzular üzrə ayrılıqda işçi qrupun iştirakı ilə seminarlar keçirilmiş və geniş müzakirələr aparılmışdır. Müzakirə zamanı qoyulmuş məsələlərdə tənliklərin, başlanğıc və sərhəd şərtlərinin real şəraitini əks etdirməsi, tənliklərin sadələşdirilməsi və həllərin seçilmə qaydalarına baxılmış, məsələnin qoyuluşu, alınan differensial tənliklərin başlanğıc və sərhəd şərtlərinin düzgünlüyü müzakirə edilmiş və həllərin seçilməsi qaydası haqqında fikir mübadiləsi aparılaraq məsləhətlər verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər