Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi şuranın iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, institutun 60 illik yubileyinə həsr olunan “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransın  yüksək səviyyədə təşkili üçün görüləcək işlərdən danışıb.

Sonra I və II kurs magistrlərin 2018/2019-cu tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrinə görə attestasiyası keçirilib.

İclasda, həmçinin əməkdaşlarının elmi və elmi-təşkilati fəaliyyəti haqqında bir sıra məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər