Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi jurnalların “Clarivate Analytics” bazasının siyahısına daxil edilməsi yolları müzakirə olunub


Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev AMEA-da Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyətinə dair məruzə ilə cıxış edib. Alim respublikamızda elmi jurnallarının “Clarivate Analytics” bazasının genişlənmiş siyahısına daxil olmasının yollarından danışıb.

Azərbaycanda riyaziyyat, kimya, neft tədqiqatları sahəsində “Clarivate Analytics” bazasına daxil olan jurnalların olduğunu deyən akademik F.Əliyev humanitar, sosial və siyasi elmlər sahəsində isə cəmi bir nəşrin – “Khazar Journal of Humanities and Social Sciences”-ın bu siyahıya daxil edildiyini bildirib.

Daha sonra çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın Elmi Nəşriyyat Şurasını sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov jurnalların dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics”-ə daxil edilməsinin vacibliyini qeyd edib.

Sonda F.Əliyev ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.

Mənbə: www.elm.az

Faydalı linklər