09/04/2019
Riyaziyyat və Mexanika İnstitutunun Elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin və həmin institutun elmlər doktoru üzrə dissertantı, Gəncə Dövlət Universitetinin dosenti Sabir Həsənovun AMEA Rəyasət Heyətinin Elmi Tədqiqat Proqramının dəstəklədiyi “Lokal Morri tipli fəzalarda harmonik analizin müasir problemləri və tətbiqləri” adlı layihəsi çərçivəsində həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Analysis and Mathematical Physics” 1.381 yüksək impakt faktorlu jurnalda dərc edilib.
“Orliç fəzasında kəsr maksimal funksiya və onun kommutatoru” adlı məqalədə Mα kəsr maksimal operatorun məhdudluğu üçün zəruri və kafi şərtlər alınmışdır. Bu nəticələrin tətbiqi olaraq Mb,α kəsr maksimal kommutator və [b, Mα] qeyri xətti kəsr maksimal kommutatorunun b Lipşist fəzasından olduqda Orliç fəzasında məhdudluğu üçün meyarlar və Lipşist fəzasının bəzi yeni xarakteristikaları verilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.