Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib


Ötən il iyulun 11-13-də Bakıda keçirilmiş VI Beynəlxalq “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (COIA-2018) konfransının əsərləri dünyanın ən böyük elmi-analitik informasiya bazalarından olan “Clarivate Analytics”in saytında (keçmiş “Tomson Reyter” agentliyi) yerləşdirilib.

Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutmuşdu.

Konfransın əsərlərindən ibarət kitabdakı 220 məqalədən 73-ü BDU-nun, o cümlədən 20-si universitetin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun alimlərinə məxsusdur.

Əsərlərin redaktorları akademik Fikrət Əliyev və ABŞ-ın İllinois Universitetinin professoru Tamer Başardır.

Qeyd edək ki, seçilmiş məqalələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda çap olunan Azərbaycanın yeganə İSİ İmpakt Faktorlu (2.365) “Applied and Computational Mathematics” beynəlxalq jurnalında çap ediləcək.

Mənbə: www.elm.az

Faydalı linklər