22/04/2019
18 aprel 2019-cu il tarixində AMEA tərəfindən Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, həmin müəsisənin “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov, elmi işlər üzrə direktor müavini Elşad Əhmədov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yer müşahidə peykləri xidmətləri departamentinin direktoru Nail Mərdanov, Tədqiqat və İnkişaf Mərkəzinin direktoru Tərlan Məmmədzadənin iştirakı ilə görüş keçirilib.
Görüşdə AMEA və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında kənd təsərrüfatında, ekologiya, neft sahələri və kadr hazırlığı istiqamətlərində birgə elmi araşdırmalar aparmaq məqsədi ilə danışıqlar aparılıb.
Tədbir zamanı birgə elmi araşdırmalar aparılacaq elmi istiqamətlər dəqiqləşdirilib, uyğun mütəxəssis kadr və metodik vəsaitlərin hazırlanması məsələləri müzakirə olunub.
Müzakirələrdə həmçinin, Strateji Elmi Araşdırmalar Mərkəzinin əməkdaşları, RMİ-nin “Hesablama riyaziyyati və informatika” şöbəsinin müdiri, dosent Həsən Nağıyev, “Qeyri-harmonik analiz” şöbəsinin və “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının əməkdaşları iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.