24/04/2019
Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru, riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyevin və Varşava Texnologiya Universitetinin “Riyaziyyat və İnformatika Elmləri” kafedrasının professoru P. Qorkanın həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Mathematical Inequalities & Applications” 0.649 impakt faktorlu jurnalda dərc edilib.
“Lebeq fəzalarında Hausdorf operatoru haqqında” adlı məqalədə birölçülü Hausdorf operatorunun çəkili Lebeq fəzasında və kvazibanax çəkili Lebeq fəzasında məhdudluğu xarakterizə edilmişdir. İlk dəfə olaraq Hausdorf operatoru qrand Lebeq və dəyişən dərəcəli Lebeq fəzalarında baxılmış və operatorun məhdudluğu üçün müəyyən nəticələr alınmışdır. İşdə Hausdorf operatorunun qrand Lebeq fəzasında normasının hesablanması açıq məsələ kimi qalmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.