26/04/2019
20-22 aprel 2019-cu il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Özündə alim kəşf et” VI ümumrusiya elmi-innovativ konfransı keçirilib.
Konfransda Bakı şəhər 177 saylı orta məktəbin VIII sinif şagirdi Leyla Məmmədzadə və 16 saylı Texniki-Humanitar liseyin IX sinif şagirdi Əli Bağırov iştirak ediblər. “Ortalaşmış qiymətlər əsasında siniflərin sərhədlərinin təyininin bəzi problemləri” adlı layihə ilə çıxış edən məktəblilər 10-11-ci sinif şagirdləri arasında III yerə layiq görülüblər.
Məktəblilərin layihə rəhbəri AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, r.e.d., dosent Telman Qasımov olub. Telman Qasımov həmçinin, adı çəkilən konfransın münsiflər heyətinin üzvü seçilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.