Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlərimiz “Harmonik analiz və operatorlar nəzəriyyəsinin müasir metodları, problemləri və tətbiqləri” adlı beynəlxalq konfransda iştirak ediblər


21-26 aprel 2019-cu il tarixlərində Rusiyanın Rostov vilayətində “Harmonik analiz və operatorlar nəzəriyyəsinin müasir metodları, problemləri və tətbiqləri ” adlı beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və həmin müəssisənin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, AMEA-nın prosessoru Rövşən Bəndəliyev iştirak ediblər.

Konfransın plenar iclasında professor Vaqif Quliyev “Karnot qruplarında kəsr inteqral operator və onun kommutatorunun ümumiləşmiş Orlic-Morri fəzalarında xarakteristikası” mövzusunda məruzə edib. AMEA-nın professoru Rövşən Bəndəliyev isə “Çoxölçülü Hausdorf operatorunun çəkili Lebeq fəzasında məhdudluğu və kompaktlığı” mövzusunda  çıxış edib.

Alimlərimiz ezamiyyə müddətində, həmçinin professorlar Yoshihiro Sawano, Stefan Samko, Alexandre Almeida, Mixail Qoldman, Elijah Liflyand, Viktor Burenkov, Sergey Vodopyanov ilə görüşərək qarşılıqlı elmi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər