Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Çəkili Lebeq fəzasında kəsr tərtib adi diferensial tənliklə ifadə olunan optimal idarəetmə məsələsində Pontryaqin maksimum prinsipinin analoqu” mövzusunda seminar keçirilib


Bu gün  “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., Rövşən Bəndəliyev  “Çəkili Lebeq fəzasında kəsr tərtib adi diferensial tənliklə ifadə olunan optimal idarəetmə məsələsində Pontryaqin maksimum prinsipinin analoqu” mövzusunda məruzə edib.

Məruzədə prosesə kəsr inteqral formada daxil olan və dinamikası Kaputo mənada verilmiş kəsr diferensial tənliklər toplusu ilə verilmiş kəsr tərtibli diferensial tənliklə ifadə olunan optimal idarəetmə məsələsinin ümumi şəkildə qoyuluşu haqqında danışıldı. Optimal idarəetmə məsələsinin qoyuluşu, əsasında qoşma inteqral tənliyin olduğu artım üsulunun köməyi ilə öyrənilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər