Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin yeni nömrəsi işıq üzü görüb


AMEA Rəyasət Heyətinin mətbuat orqanı olan  “Elm” qəzetinin növbəti nömrəsi bu gün çapdan çıxıb.

Qəzetin bu sayında AMEA-nın prezidenti, akademik Akif Əlizadənin elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüşü, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin Tatarıstan Respublikasına səfəri, akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları vəzifəsinə seçkilərin nəticələri, AMEA-da magistrantların Bilik Günü, “Nəsimi irsi və Azərbaycan ədəbiyyatında hökmdar-sənətkar bağları”, “Qafqaz Albaniyası tarixinin yorulmaz tədqiqatçısı”, “Cəhalət zülmətində doğan günəş” adlı məqalələr, eləcə də region xəbərləri və digər məlumatlar yer alıb.

Nəşrdə, həmçinin rus dilində materiallar da əksini tapıb.

© Mənbə: www.science.az

Faydalı linklər