02/10/2019
02.10.2019-cu il tarixində ”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir.
Seminarda f.-r.e.d., dos. Sərvan Təhməz oğlu Hüseynov ”Oblastda müntəzəm cırlaşan Makenhaupt çəkili p-Laplas tənliyinin həllinin Hölder kəsilməzliyi” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə zamanı müntəzəm cırlaşan divergent formalı ikinci tərtib kvazixətti elliptik tənliklər sinfinə baxılmış. Bu tip tənliklərin həllərinin Hölder normasının daxili apriori qiymətləndirilməsi isbat olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.