Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun AMEA-nın Elmi Jurnalların Vəziyyəti Haqqında çıxışı


02 aprel 2021-ci il tarixində Azərbaycan  Milli  Elmlər Akademiyası Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin ümumi yığıncağı keçirilib. Ümumi yığıncaqda AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor  Misir Mərdanovun AMEA-da Elmi Jurnalların Vəziyyəti Haqqında məruzəsi ilə çıxış edib.

Professor  Misir Mərdanov qeyd edib ki, dünyada baş verməkdə olan qloballaşmanın fəsadları, təbii ehtiyatların sürətlə azalması, planetimizdəki demoqrafik partlayış ilə bağlı yaranmış ərzaq qıtlığı,   təbii fəlakətlər və hər bir regionda meydana çıxan texnogen  problemlər yalnız elmin dayanıqlı inkişafı nəticəsində öz həllini tapa bilər.  Şübhə yoxdur ki, bir ölkədəki alimlərin elm sahəsindəki nailiyyətləri dünyanın ixtisaslaşmış nüfuzlu elmi nəşrlərində öz əksini tapdığı zaman mənsub olduğu dövlətə və çalışdığı tədqiqat mərkəzinə beynəlxalq miqyasda şöhrət gətirir. Belə ki, müxtəlif sahələr üzrə ixtisaslaşmış jurnallarda çap edilmiş məqalələr müəlliflərlə yanaşı onların çalışdıqları universitet və institututların, təmsil etdikləri ölkələrin elmi nüfuzunu müəyyən edən və son nəticədə, ölkənin inkişaf səviyyəsinə təsir göstərən amillərdən biridir.

Misir Mərdanov məlumat üçün  bildirmişdir ki, 2020-ci ildə Web of Science (WOS) bazasına 12000–dən cox, Scopusun bazasına  30891  jurnal daxil olub. Bunlardan ölkəmizin 8 jurnalı WOS-un bazasına daxildir:

1.“Amplied and Computational Mathematics 2008–ci ildən BDU (İmpact faktor: 2,321), Q1.

2. TWMS Journal of Pure and Applied Mathematics 2015-ci ildən BDU (əsas baza).

3. Azerbaijan Journal of Mathematics 2015-ci ildən Riyaziyyat Cəmiyyəti AMEA RMİ (ilkin baza).

4. Procedeengs of the İnstitute of Mathematics and Mechanics 2016-cı ildən AMEA RMİ (ilkin baza).

5. Processes of petrochemistry and oil refining 2016-cı ildən AMEA Neft-Kimya Prosesləri İnstitutu (ilkin baza).

6. Chemikal Problems 2017-ci ildən AMEA Kataliz və Qeyri-üzvi Kimya Institutu (ilkın baza).

7. SOCAR Procedeengs 2017-ildən (ilkin baza).

8. Xəzər-Khazar Journal of Humanities and Sosial Sciencse 2017-ci ildən ( ilkin baza).

Həmçinin Scopusun bazasına:

1. Applied and Computational Mathematics BDU (2018 İF-0.514 Q2 / 2019 İF-2.822, Q1).

2.SOCAR Proceedings (2018 İF -0.274, Q3 /2019 İF -0.482, Q2).

3.Azerbaijan Journal of Mathematics  – AMEA RMİ  (2018 İF-0.623 Q2 /2019 İF – 0.354, Q3 )

4.Proceedings of the Institute of Mathematics and Mechanics AMEA RMİ (2018 İF- 0.147Q4 /2019 İF -0.276, Q3)

5.Transactions İssue Mathematics, Azerbaijan National Academy of Sciences (2019 İ F 0.194, Q₄).

6.Journal of Language and Literature (2018 İF 0.125 Q₂/ 2019 İF 0.150, Q₁).

7.Azerbaijan Medical Journal Tibb Cəmiyyəti (2018 İF 0.100 Q₄/ 2019 İF 0.100, Q₄).

8. Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal ( 2018 İF 0.105 Q₄/ 2019 İF 0.100, Q₄) 8 jurnal daxil olmuşdur.

Professor Misir Mərdanov vurğulayıb ki, 2019-ci ildə ölkəmiz elm sahəsində Scopsun siyahısında 231 ölkə arasında 92-ci (Gürcüstan 81, Ermənistan 93), WOS-un siyahısında isə 153 ölkə arasında 90-cı yerdədir.

Nəticədə məlum olmuşdur ki, AMEA-nın İnstitutlarında çap olunan 52 jurnaldan:

4-ü WOS-un bazasına: Azerbaijan Journal of Mathematics 2015-ci ildən,

Proceedings of the İnstitute of Mathematics and Mechanics 2016-cı ildən, Processes of petrochemistry and oil refining 2016-cı ildən, Chemical Problems 2017-ci ildən;

3-ü isə Scopsun bazasına: Azerbaijan Journal of Mathematics, Proceedings of the İnstitute of Mathematics and Mechanics, Transaction of Azerbaijan National Academy of Science ISSUE MATHEMATICS daxil edilmişdir.

Tədbirdə AMEA–nın nəznində olan jurnalların dünya elmində baş verən  yeniliklərə adekvat reaksiya verməsi. Onların tərcüməsi və çapı, habelə yerli mütəxəssislərin öz sahalərindəki nailiyyətlərinin vaxtında işıqlandırılması istiqamətindəki mövcud durum və perspektivlər geniş şəkildə müzakirə olundu.

Daha ətraflı məlumat

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər