Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dahiləri birdə belə tanıyaq!


Aleksandr  Boqdanov

Rusiyalı iqtisadçı, professor, həkim Aleksandr Aleksandroviç Boqdanov… Bu dahinin adı bəlkə də çoxlarına tanış deyil, ancaq kəşf etdiyi müalicə üsulu haqqında hamı məlumatlıdır: qan köçürməsi. Daim gənc qalmaq eşqi ilə yaşayan dahi özünə qan köçürməklə buna nail olacağına inanırdı. Dünyada ilk dəfə qanköçürmə prosesini həyata keçirdi və bu icadı ilə bir çox insanın həyatını xilas etdi. Lakin özü bu kəşfinin qurbanı oldu…

Rusiyada müəllim ailəsində anadan olan Aleksandr universitet təhsilinə qədər valideynlərinin yanında fermada işləyib. Alimin geniş elmi və tibbi maraqları ümumdünya sistem nəzəriyyəsindən, qan köçürülməsi yolu ilə insanın cavanlaşma imkanına qədər dəyişib. Sistem nəzəriyyəsinin carçısı hesab edilən alim “tektologiya” adlanan əsl fəlsəfəni ixtira edib.

O, 1924-cü ildə qanköçürmə təcrübələrini icra etməyə başladı. Alim təcrübələrin sonunda gəncləşdirmə eliksirini əldə edəcəyini düşünürdü. Deyilənə görə, Leninin bacısı Maria İliniçna Ulyanova da Boqdanovun təcrübələrində iştirak etmək istəyən könüllülər arasında olub. Özünə 11 dəfə qan köçürdükdən sonra alim görmə qabiliyyətinin yaxşılaşması, keçəlləşmənin dayanması və digər müsbət simptomların baş verdiyindən razı qalmışdı.

Boqdanovun inqilabçı yoldaşı Leonid Krasin alimin həyat yoldaşına yazdığı məktubda deyirdi: “Boqdanovun əməliyyatdan sonra 7 yox, 10 dəfə cavanlaşdığı açıq-aydın görünür”.

Sonralar öz adına Hemotologiya və Qan Köçürmə İnstitutunu yaradan alimə 12-ci dəfə qanköçürmə cəhdi həyatı bahasına başa gəldi. Belə ki, özünə şagirdindən köçürdüyü qandakı malyariya və vərəm xəstəliyindən xəbərsiz idi. Maraqlıdır ki, Boqdanov bundan sonra vəfat etsə də, onun qanı köçürülən tələbə tamamilə sağalmışdı. Bununla belə bəzi alimlər onun ölümünün intihar da ola biləcəyini fərz edirlər. Çünki prosedurdan qısa müddət əvvəl, alim çox böyük təşviş içərisində siyasi bir məktub yazıbmış. Ancaq digərləri onun ölümünü, o dövrdə yetərincə anlaşılmayan qan qrupu uyğunsuzluğu ilə əlaqələndirirlər…

respublika-news.az

Faydalı linklər