07/07/2023
Almaniya və İspaniyadan olan elm adamları zəkalı insanların qərar qəbul edərkən niyə daha çox düşündüyünü araşdırıblar. Tədqiqatın nəticələri göstərib ki, daha yüksək intellektə malik olan iştirakçılar sadə tapşırıqları tez yerinə yetirir, mürəkkəb tapşırıqların həllinə isə daha çox zaman sərf edirlər.
Təcrübə zamanı tədqiqatçılar maqnit rezonans tomoqrafiyası (MRT) kimi rəqəmsal beyin skanlarından, həmçinin bioloji proseslər haqqında nəzəri biliklərə əsaslanan riyazi modellərdən istifadə edərək kompüter simulyasiyalarına müraciət ediblər. Daha sonra isə alimlər ayrıayrı insanların məlumatlarından istifadə edərək “fərdiləşdirilmiş” beyin modelləri yaradıblar. Bu üsulla müxtəlif problemləri həll edərkən müəy-yən bir insanın intellektual xüsusiyyətləri və reaksiya müddəti təhlil edilib. Daha sonra isə iştirakçılara “pazıllarda” elementlərin seçilməsi kimi daha çətin tapşı-rıqlar verilib. Nəticədə məlum olub ki, IQ səviyyəsi yüksək olan iştirakçılar sadə tapşırıqları daha sürətli, mürəkkəb tapşırıqları isə daha gec yerinə yetirirlər. Digər tərəf-dən isə ortaya çıxıb ki, aşağı IQyə malik olanlar çətin qərarlar qəbul edərkən onların beyin bölgələrində məlumatların emalı gecikir ki, bu da, belə insanların səhv etmə ehtimalını artırır.
respublika-news.az