Bu gün Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Aqil Xanməmmədov “Bəzi qeyri-xətti tənliklərin tərs spektral məsələ metodu ilə inteqrallanması” mövzusunda məruzə edib.
Məruzədə sonsuz Toda zənciri və Volter zənciri üçün müxtəlif siniflərdə Koşi məsələsinə baxılıb. Müəyyən siniflərdə qlobal həllərin varlığı isbat olunur. Tərs spektral məsələ metodu ilə həllərin tapılması alqoritmi verilir.