Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


14.09.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında Kral Saud Universitetinin professoru Mübariz Tapdiq oğlu Qarayev “Doğurucu nüvələrin, Enqliş Cəbrlərin və bəzi tətbiqləri” mövzusunda məruzə edəcəkdir.
Operatorlar nəzəriyyəsində yaxşı məlum olan Enqliş cəbrlərini ilk dəfə Enqliş 1995-ci ildə təyin və tədqiq etmişdir. Məruzədə Hilbert fəzalarında doğurucu nüvə və Berezin simvolu anlayışlarından istifadə edərək Engliş cəbrlərinin yeni tərifini verilir. Bununla yanaşı, doğurucu nüvə və Berezin simvolu texnikalarından istifadə edərək, Enqlişin c – cəbrləri haqqında bəzi yeni nəticələr alınır. Bu nəticələr , operatorlar nəzəriyyəsinin müxtəlif sahələrində ortaya çıxan bəzi suallara cavab verməyə imkan verir. Alınan nəticələrin Rikkatinin operator tənliklərinə, Toeplitz oparatorlarının hasilinin sıfır olma probleminə və ən əsası  operatorların invariant altfəza problemlərinə bəzi tətbiqləri verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər