09/09/2016
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirildi. İclasda AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistraturasına qəbul olmuş tələbələrin dərs cədvəli, dərs yükünün bölgüsü, fənlər üzrə proqramların tərtibi məsələləri müzakirə olundu.
Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə 2017-ci ildə keçiriləcək beynəlxalq konfransla bağlı şura üzvləri fikir mübadiləsi apardı.
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov qarşıdan gələn Müqəddəs Qurban bayramı münasibəti ilə kollektivi təbrik etdi, onlara can sağlığı və işlərində uğurlar arzu etdi.
Sonda gündəlikdə duran cari məsələlər müzakirə edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.