Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.ü.f.d., professor Bəhram Əliyenin 70 yaşı tamam olur.


Bəhram Əli oğlu Əliyev 22 may 1952 – ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub.

1973 – cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indiki ADPU) Riyaziyyat fakütəsini bitirib.

1974–1975 – ci illərdə təyinatla Gürcüstan Respublikasının Qardabani rayonunda riyaziyyat müəllimi vəzifəsində işləyib. 1976 – cı ildə Ordu sıralarında xidmət edib.

1981 – ci ildə 01.01.02 – Diferensial tənliklər ixtisası üzrə dissertasiyta işi müdafiə edərək fizika – riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.

Bəhram Əliyev 2006 – cı ildən  AMEA-nın “Diferensial tənliklər” şöbəsində çalışır.

2013 – cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitunda 1211.01 – Diferensial tənliklər ixtisasında dissertasiya işi müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

Bəhram Əliyev 2016 – cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyazi analiz” kafedrasının müdiri vəzifəsində işləyir.

İnstitutun kollektivi Bəhram müəllimi 70 yaşı olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi – pedaqoji, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər