31/10/2022
Alik Malik oğlu Nəcəfov 01 iyul 1957-ci ildə Kürdəmir rayonunun Padar-Çöl kəndin-də anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsini bitirib. 1980-ci ildə təyinatla Şamaxı rayonunda orta məktəbdə müəllim kimi fəaliyyətə başlamış, 1981-1983-cü illərdə Azərbaycan EA RMİ-nun Xüsusi Konstruktor Bürosunda riyaziyyatçı-mühəndis, 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ali riyaziyyat” kafedrasında baş laborant, assistent, dosent hal-hazırda professor vəzifəsində çalışır. 2012-ci ildən həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsində əvvəlcə aparıcı, hal-hazırda baş elmi vəzifəsində çalışır.
Alik Malik oğlu Nəcəfov 1996-ci ildə 01.01.01-Riyazi analiz ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2008-ci ildə isə 01.01.01-Riyazi analiz ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almış, 2002-ci ildə dosent, 2014-cü ildə isə professor elmi adını almışdır.
İnstitutun kollektivi Alik müəllimi 65 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-pedaqoji, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.