Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f-r.e.n, dos. İbrahim Məhərovun 65 yaşı tamam olur.


İbrahim Kamran oğlu  Məhərov 23 may 1957-ci ildə Ağdam rayonunun Şıxlar kəndində  anadan olub. 1979-cu  ildə Azərbaycan Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsini bitirib. 1979-ci ildə təyinatla Azərbaycan EA RMİ-nun Xüsusi Konstruktor Bürosunda böyük laborant kimi işə başlayıb, mühəndis, böyük mühəndis, aparıcı mühəndis  vəzifələrində işləyib. 

1990-cı ildə RMİ-nun “Riyazi modelləşdirmə” laboratoriyasına, 1994-cü ildə “Riyazi anzliz” şöbəsinə  elmi işçi vəzifəsinə keçirilib. 1999-cu ildə “Funksiyalar nəzəriyyəsi” şöbəsinə böyük  elmi işçi vəzifəsinə keçirilib.

2000-ci ildə 01.01.01-riyazi analiz ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədlik dissertasiyası müdafiə etmiş, 2019-ciu ildə  analiz və funksional analiz  ixtisası üzrə dosent elmi adını almışdır.

1992-ci ildən Zəngi liseyində əvəzşiliklə pedaqoji fəaliyyətlə məşğul olur.

2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunub.

İnstitutun kollektivi İbrahim müəllimi 65 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-pedaqoji, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər