Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (“ABİD”) ilk ümumi iclası keçirilib

Noyabrın 23-də İstanbulda Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (“Azerbaycanlı Bilim İnsanları Derneği” / “ABİD”) ilk ümumi iclası keçirilib. İclas Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin və “ABİD”in birgə təşkilatçılığı ilə baş tutub. İclasda Türkiyənin Ədalət və İnkişaf Partiyasından millət […]

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib. Saytda elmi-tədqiqat, ali və orta ixtisas təhsili ilə bağlı məlumatlar, beynəlxalq layihələr və təhsil imkanlarına dair faydalı resurslar, normativ sənədlər və Agentliyin fəaliyyət istiqamətlərinə aid digər mövzular yer alır. Sayt ilkin mərhələdə Azərbaycan dilində istifadəyə verilib və tezliklə ingilis və rus dillərində də əlçatan […]

Prezident İlham Əliyev: “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım edib. Paylaşımı təqdim edirik: “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata […]

ELAN

27 noyabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri Əbdürrəhim Quliyev “İkinci tərtib parabolik tənliklərin həllərinin bəzi keyfiyyət xassələri”mövzusunda məruzə edəcək. Məruzədə ikinci tərtib parabolik tənliklərin fundamental həllərinin müəyyən xüsusi tip oblastlarda ikitərəfli qiymətləndirilməsi, mənfi olmayan həllərin […]

Astronomlar sürətlə formalaşan yad planet kəşf ediblər

Astronomlar planetlərin əmələ gəlməsi sürəti ilə bağlı hazırkı anlayışı çətinləşdirən bir kəşfdə gənc ulduzun ətrafında fırlanan yeni doğulmuş planetin formalaşması prosesinin cəmi 3 milyon il çəkdiyini bildiriblər. Kütləsi Yerdən təxminən 10-20 dəfə böyük olan bu “körpə” planet indiyə qədər kəşf edilmiş ekzoplanetlər adlanan Günəş sistemimizdən kənarda olan ən gənc göy cisimlərindən biridir. O, planetin əmələ […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “COP29-un yaşıl sivilizasiya anonsu” başlıqlı məqaləsi yer alıb. Bugünkü sayda, ilk səhifələrdə AMEA-da COP29-a həsr olunmuş kitab sərgisinə dair yazı, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin “Süni intellekt yaşıl problemlərin həllində mühüm rol oynayacaq” başlıqlı müsahibəsi, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın […]

Faydalı linklər