03/03/2025
05 mart 2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keciriləcək. Ümuminstitut seminarında Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin ali həndəsə və topologiya kafedrasının professoru, Hüseynzadə Sabir Məcid oğlu “Зеркальная симметрия и связанные с ней инварианты” mövzusunda məruzə edəcək.
Hüseynzadə Sabir Məcid oğlu – cəbri həndəsə, cəbri topologiya, tətbiqi riyaziyyat sahələrində tanınmış mütəxəssis, 29 iyul 1950-ci ildə Moskva şəhərində anadan olmuş, orta təhsilini 1957-1966-cı illərdə Moskva şəhərində almışdır. 1971-ci ildə Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1971-1974-cü illərdə 01.01.04. ixtisası üzrə aspiranturada təhsil almışdır. 1975-ci ildə Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində 01.01.04 ixtisası üzrə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 1991-ci ildə Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsində 01.01.09. ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə sahib olmuşdur.
Sabir Hüseynzadə 1998-ci ildə 61-ci Moskva riyaziyyat olimpiadasının təşkilat komitəsinin sədri olmuş, “Moskva Riyaziyyat” jurnalının redaktoru, bir neçə jurnalın redaksiya heyətinin üzvüdür.
Sabir Hüseynzadə 200-dən çox elmi əsərin müəllifidir.
O, Moskva Riyaziyyat Cəmiyyətinin üzvüdür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.