Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N

06.12.2023-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Ümuminstitut seminarında  “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, f-r.e.d. professor Fərman Məmmədov “Kiçik  həddi qradiyentdən asılı olan elliptik tənliklər üçün bəzi məsələlərin varlıq və yeganəliyi” mövzusunda məruzə edəcək. Məruzədə kiçik həddi qradiyentdən asılı olan elliptik […]

Kosmosda “mükəmməl Günəş sistemi” və 6 yeni planet tapılıb

Tədqiqatçılar bizim müxtəlif ölçülü planetlərin qaynar nöqtəsinə çevrilən şiddətli toqquşmalar olmadan qurulmuş “mükəmməl Günəş sistemi” aşkar ediblər. Məlumata əsasən  100 işıq ili uzaqlıqda yerləşən bu sistemdə təxminən eyni ölçüdə altı planet var və onlar 12 milyard il əvvəl meydana gəldiyindən bəri demək olar ki, dəyişməyiblər. Bu kəşf qalaktikaların necə əmələ gəlməsini və onlarda həyatın olub-olmadığını […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin dekabr ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşündə iştirakı ilə bağlı icmal yer alıb. Qəzetin ikinci və üçüncü səhifələrində “AMEA-da yeniləşmə prosesləri: strukturislahatları, elmi-tədqiqatların yenidən təşkili və elektron hərəkat” başlıqlı AMEA-nın Ümumi yığıncağına dair yazı dərc edilib. Bundan […]

Süni  zəka hal hazırda iş yerləri sayından daha çox maaş səviyyəsinə təsir göstərir

Analitiklərin çoxu süni zəka sistemlərinin biznesə inteqrasiya edilmələrinin əmək bazarındakı ixtisarlara səbəb olacaqları barəsində danışırlar. Lakin Avropa Mərkəzi Bankının təqdim etmiş olduğu tədqiqat nəticələrinə əsasən hal hazırki mərhələdə süni zəka texnologiyaları iş yerlərinin sayından daha çox əmək haqları səviyyəsinə təsir göstərir. Reuters saytı Avropa Mərkəzi Bankının tədqiqatına istinadən bildirib ki, hal hazırki mərhələdə süni zəka texnologiyalarının inteqrasiyası nəticəsində iş yerlərinin itməsindən […]

Günəşin tədqiqi üçün yeni cihaz istifadəyə verilib

Günəşin fundamental tədqiqi üçün dünyada analoqu olmayan çoxdalğalı radiohelioqraf istifadəyə verilib. İrkutsk Rusiya Elmlər Akademiyasının (RAN) Günəş-Yer Fizikası İnstitutundan verilən məlumata görə radiohelioqraf cari ilin yayında sınaq rejimində fəaliyyətə başlayıb və hazırda tam istifadəyə verilib. Sözügedən qurğu Günəşi radio diapazonda müşahidə etməyə, Günəş tacının müxtəlif təbəqələrində tədqiqatlar aparmağa, onun aktivliyini ölçməyə və Günəşətrafı fəzanın 3D modellərini […]

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

Noyabrın 29-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Türkiyənin […]

Faydalı linklər