Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz”, və “Qeyri-harmonik analiz”
şöbələrinin birgə iclasında 24 yanvar 2024-cü il tarixində saat 1200-da Cavanşir Vaqif oğlu
Əzizovun “Heyzenberg qrupunda təyin olunmuş kəsr maksimal və kəsr inteqral operatorların
ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda 1202.01-Analiz və funksional
analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi
keçirilmişdir.
İclası “Funksional analiz” şöbəsinin müdiri professor Həmidulla Aslanov açaraq sözü Cavanşir
Əzizova vermişdir. Cavanşir Əzizov dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat
verdikdən sonra “Qeyri-harmonik analiz” şöbəsinin müdiri ETNRMİ-nin müxbir üzvü,
proffessof Bilal Bilalov, “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanov,
“Funksional analiz” şöbəsinin əməkdaşı professor Məmməd Bayramoğlu iş haqqında öz müsbət
rəylərini bildirdilər.
Cıxış üçün söz alan r.e.d. Rövşən Bəndəliyev, r.e.d. Mübariz Hacıbəyov və r.e.d. Miqdad
İsmayılov iş haqqında öz müsbət fikirlərini bildirdilər və iddiaçıya uğurlar arzuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər