Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN

11 oktyabr 2023-cü il tarixində saat 12:00-da RMİ-nin “Deformasiya olunan bərk cisim mexanikası” və “Dalğa dinamikası” şöbələrinin birgə iclasında Aytən Hafiz qızı Mövsümovanın “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda 2002.01-Deformasiya olunan bərk cisim mexanikası ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi İnstitutun akt zalında keçiriləcəkdir. İclasa qoşulmaq üçün […]

Yun Fosse ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü

2023-cü il üzrə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən yazıçının adı açıqlanıb. Nobel Komitəsi oktyabrın 5-də Norveç dramaturqu Yun Fossenin ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldüyünü elan edib. Qərarın əsaslandırıcı hissəsində deyilir ki, yazıçı “anlaşılmaz olanı ifadə etməyə imkan verən yenilikçi pyesləri və nəsrinə görə” bu mükafata layiq görülüb. nobelprize.org

Riyaziyyat və Mexanika İnstitutu ilə Özbəkistan Respublikasının bəzi elmi-pedagoji kollektivləri arasında müqavilə imzalanmışdır

AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu Özbəkistan Respublikasının: 1) Özbəkistan EA  V.İ.Romanovski adına Riyaziyyat İnstitutu (Daşkənd şəhəri); 2) Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universiteti (Səmərqənd şəhəri); 3) Daşkənd “İnformasiyalar texnologiyaları” Universitetinin Səmərqənd filialı (Səmərqənd şəhəri) elmi-pedagoji kollektivləri ilə birgə elmi fəaliyyət haqqında sazişlər imzalanmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

Kimya üzrə Nobel mükafatının qalibləri açıqlandı

İsveç Kral Elmlər Akademiyasının Nobel Komitəsi Kimya üzrə Nobel mükafatı qaliblərinin adlarını açıqlayıb. Sözügedən mükafata amerikalı alimlər Munqi Bavendi və Luis Bryus, eləcə də rusiyalı alim Aleksey Ekimov layiq görülüblər. Onlar “kvant nöqtələrinin kəşfi və sintezinə görə” bu mükafatın qalibi olublar. nobelprize.org

Ən şərəfli peşənin sahibləri – Misir Mərdanov yazır

Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor NESCO-nun 1966-cı ildə qəbul etdiyi qərara əsasən hər ilin oktyabrın 5-i dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir. Müstəqil Azərbaycanda bu bayramın keçirilməsi ilə bağlı sərəncamı Ulu öndər Heydər Əliyev verib. Peşə bayramı münasibətilə yazılan bu məqalə fədakar Azərbaycan Müəlliminə həsr olunur. Dünyadakı […]

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru xüsusi diplom və medalı ilə təltif olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin xüsusi diplomu və medalı ilə təltif olunub. Alim bu mükafata istedadlı gənc alimlərin hazırlanmasında, dünya riyaziyyat tarixi sahəsində apardığı elmi fəaliyyətinə və bu elminin  inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb. Qeyd edək ki, […]

Faydalı linklər