Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarəti ilə bağlı xəbər yer alıb.

Qəzetin ikinci və üçüncü səhifələrində “Azərbaycan-Özbəkistan elmi əlaqələri yeni inkişaf mərhələsində” başlıqlı AMEA prezidenti akademik İsa Həbibbəylinin başçılıq etdiyi nümayəndə heyətinin Özbəkistan Respublikasına səfərinə dair yazı dərc edilib.

Bundan əlavə, qəzetdə “Ulu Öndər Heydər Əliyevin dövlətçilik təlimində Azərbaycançılıq ideyası və müasir dövr” mövzusunda respublika elmi konfransı haqqında məlumat, eləcə də akademik İsa Həbibbəylinin müəllifi olduğu “Heydər Əliyev dühasının işıqları” adlı məqalə dərc olunub.

Bügünkü sayda AMEA-nın elmi bölmələri və bir sıra institutlarının illik hesabatlarından bəhs edən yazılar, yeni nəşlər, “AMEA Naxçıvan bölməsinin təməli: Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti” və “Şərəflə yaşanan ömür” başlıqlı məqalələrlə tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın ötən həftə ərzində fəaliyyətinə dair yazılar, gənc vikipediyaçı ilə müsahibə, həmçinin son elmi yeniliklərə dair informasiyalar yer alıb.

science.gov.az

Faydalı linklər