22/04/2022
Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər. Tədbiri akademik Arif Həşimov giriş sözü ilə açaraq yığıncağın gündəliyi barədə məlumat verib. Əvvəlcə akademik Arif Həşimov AMEA-nın müxbir üzvü Pənah Muradova, biologiya elmləri doktoru Fuad Qulubəyova, həmçinin AMEA-nın vitse-prezidentinin […]
22/04/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan və Qırğızıstan prezidentlərinin görüşü, eləcə də M.A.Əfəndiyevə və Q.N.Mürşüdova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında ölkə başçısının Sərəncamı yer alıb. Bundan əlavə, “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”nin təqdimatına dair […]
22/04/2022
22 aprel 2022-ci il saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Atif Akif oğlu Namazovun “Diskret qeyri-xətti dinamik sistemlərə daxil olan parametrlərin təyini üçün proqram təminatinin işlənməsi və tətbiqləri” mövzusunda 1214.01- Dinamik sistemlər və optimal […]
22/04/2022
04 may 2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında AMEA RMİ-nin “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri f.-r.e.d., professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastiklik nəzəriyyəsinin kvazistatik sərhəd məsələsinin dəqiq həll metodu” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Özlüelastiklik nəzəriyyəsinin kvazistatik sərhəd məsələsinin məruzəçi tərəfindən yaradılan səmərəli həll metodu təqdim ediləcəkdir. ABŞ alimləri […]
22/04/2022
Molekulyar bioloq, Lomonosov adına Moskva Dövlət Universitetinin aparıcı elmi işçisi Maksim Skulaçev COVID-19-un orqanizmin qocalma prosesinə təsirindən danışıb. Bioloq bildirib ki, əgər peyvənd olunmamısınız və COVID-19-a yoluxmusunuzsa, növbəti on ildə sağlamlıqla bağlı keçirməli olduğunuz bütün problemləri tez bir zamanda hiss edəcəksiniz. Bu, müəyyən mənada çox sürətli qocalmağa bənzəyir. Mütəxəssis qeyd edib ki, postkovid sindromu qocalığın gözlənilməz gəlişinə […]
20/04/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin əməkdaşı f-r.e.d. Rəsulova Nazilə “Membran dinamikasında avtomodel məsələlərinin yeni həll metodu” mövzusunda məruzə etdi. Məsələdə əsasən, Smirnov-Sobolevin funksional invariant həllərinin, qapalı hamar kontura malik oblastlar üçün ümumiləşdirilməsinə həsr olunur. Bu yeni həllər, çevik membrana, dairəvi olmayan konusla zərbə məsələsinin, analitik həllini […]