Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA  Riyaziyyat və Mexanika İnstitutunun  II kurs magistrantları dissertasiya işlərini  uğurla müdafiə etmişdir


21 və 22 iyun  2022-ci il tarixlərində AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda II kurs magistrantların “Riyazi analiz“, “Diferensial tənliklər” və  “Optimallaşdırma və optimal idarəetmə”, “Maye, qaz və plazma mexanikası” və  “Deformasiya olunan bərk cism mexanikası” ixtisasları üzrə 6 magistrlik dissertasiyasının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın iclası keçirilmişdir.

İclasda  İxtisaslaşdırılmış Şuranın sədri, üzvləri və  müdafiə edən  magistrantlar  iştirak etmişdir.

İxtisaslaşdırılmış Şuranın sədrləri professor Həmidulla Aslanov, professor Qabil Əliyev iclası açaraq iştirakçıları salamlamış və sözü  növbə ilə müdafiə edən magistrlərə vermişdir.

Çıxış edən magistrantlar: B.M.Əlizadə, R.İ.Nağıyeva, S.F.Gülməmmədova, Ş.E.Əliyeva, Ü.F.Cəfərova, V.B.Rzayeva mövzuları haqqında ətraflı danışmış, verilmiş sualları dolgun cavablandırmışdır.

Dissetasiya işləri  Şuranın uzvləri tərəfindən uygün olaraq:

Bətulə Əlizadə-100 A,  Rübabə Nağıyeva-91 A,  Sahilə Gülməmmədova-93 A, Şəlalə Əliyeva-93B, Vüsalə Rzayeva-91A, Ülfət Cəfərova-91A balla qiymətləndirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər