14/04/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 13 aprel 2022-ci il tarixində saat 12-00 -da Gəncə Dövlət Universitetinin dissertantı Rövşən Fərrux oğlu Babayevin “Sobolev-Morri tipli fəzalarda daxilolma teoremləri” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. İclası “Analiz və funksional analiz” ixtisası […]
13/04/2022
2022-ci il aprelin 13-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, Əməkdar elm xadimi, Əməkdar müəllim, AMEA-nın müxbir üzvü, görkəmli şəxsiyyət Maqsud Cavadovun məzarını ziyarət etdilər. Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanov […]
13/04/2022
Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Azərbaycan tarixinin son minillik dövründə ən mühüm hadisələrdən biri hesab edilən Vətən müharibəsindəki parlaq qələbəmizin qazanılmasında, doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsində şücaət göstərən igidlərimizin zəfərində heç şübhəsiz müəllimlərin də öz payı, xüsusi xidmətləri vardır. Məhz müəllimlərimizin aşıladığı vətən sevgisi, ilk olaraq bizə […]
13/04/2022
12 aprel 2022-ci il saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Məhbubə Ənvər qızı Kərimovanın “Klassik tiplərə aid olmayan sinqulyar həyəcanlanmış diferensial tənliklər üçün bəzi sərhəd məsələlərinin həllərinin asimptotikaları” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə […]
11/04/2022
Şöbə müdirlərinin nəzərinə! AMEA-nın Ümumi Yığıncağı ilə bağlı sərgi keçiriləcək. Bunu nəzərə alaraq, 2021-ci ildə şöbə əməkdaşları tərəfindən Clarivaty Analytics bazasında çap olunan məqalələrin (1 nüsxə) ottisklərini 13 aprel 2022-ci il tarixinə qədər elmi katib Tamilla Həsənovaya təqdim etməyinizi Sizdən xahiş edirəm. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
11/04/2022
Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda İxtisas fənni üzrə Fəlsəfə doktorluq imtahanları keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlar 2022 il aprel ayinin 21-dək aşağıdakı sənədləri təqdim etməlidirlər: 1.Ərizə. 2.Şəxsiyyət vəsiqəsinin sürəti. 3.Elmi işlərin siyahısı. Sənədlər RMI -nun Təhsil şöbəsinə təqdim olunmalıdır 5-ci mərtəbə, otaq 506. TƏHSIL ŞÖBƏSI © […]