26/07/2025
Bəndəliyev Rövşən Əlifağa oğlu, funksiyalar nəzəriyyəsi sahəsində mütəxəssis, 1974-cü il iyulun 26-da Hacıqabul rayonunda anadan olmuş, 1991-ci ildə 9 nömrəli orta məktəbi bitirmiş, 1993-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1999-cu ildə həmin fakültənin magistr pilləsini bitirmişdir. 1999-2002-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil almışdır. 2002-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda […]
17/07/2025
Hüseynov Hüseyn Şirin oğlu, funksiyalar nəzəriyyəsi və funksional analiz sahəsində tanınmış mütəxəssis, 1951-ci il iyulun 17-də Ağsu rayonunun Qaraqaşlı kəndində anadan olmuş, 1958-1968-ci illərdə Ağsu 3 nömrəli şəhər orta məktəbində təhsil almış və həmin məktəbi qızıl medalla bitirmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1973-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, […]
11/07/2025
Mahmudov Nazim İdris oğlu, stoxastik optimal idarəetmə, kəsr törəməli diferensial tənliklər sahəsində mütəxəssis, 11 iyul 1958-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuş, orta təhsilini Sumqayıtdakı 13 nömrəli məktəbdə almışdır. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsində oxumuş, AEA-nın Kibernetika İnstitutunda akademik Cəlal Allahverdiyevin rəhbərliyi ilə “Stoxastik optimal idarəetmə nəzəriyyəsi haqqında (01.01.09)” mövzusunda namizədlik dissertasiyası […]
11/07/2025
Görkəmli riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Qasımov Mirabbas Göycə oğlu 11 iyul 1939-cu ildə Şamaxı rayonunun Nərimankənd kəndində sadə kəndli ailəsində anadan olmuşdur. 1946-1956-cı illərdə Qobustan rayonu Nərimankənd orta məktəbində təhsil almışdır. Hələ məktəb illərində riyaziyyatdan xüsusi qabiliyyəti ilə seçilən Mirabbas Qasımov 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin […]
10/07/2025
Cahangir Əlikram oğlu Babayev, tətbiqi riyaziyyat, riyazi modelləşdirmə, optimallaşdırma nəzəriyyəsi və üsulları istiqaməti üzrə tanınmış mütəxəssis, 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1948-ci ildə Bakı şəhəri 1 nömrəli orta məktəbi qızıl medalla bitirmiş, 1954-cü ildə Moskva Fizika-texnika İnstitutunun aerodinamika fakültəsini bitirdikdən sonra Mərkəzi Aerohidrodinamika İnstitutunun (Moskva) aspiranturasında təhsil almış, eyni zamanda həmin institutda əmək fəaliyyətinə […]
03/07/2025
Fərəcov Rzabala Hüseyn oğlu 1937-ci il iyulun 3-də Biləsuvar rayonunun Ağəlikənd kəndində anadan olub, 1962-ci ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1963-1965-ci illərdə AEA-nın Hesablama Mərkəzinin aspirantı olub və elmi tədqiqat işlərini aparmaq üçün Moskvaya SSRİ EA-nın İdarəetmə İnstitutuna ezam olunub. 1967-ci ildə həmin institutda Lenin mükafatı laureatı Y.Z.Çıpkinin rəhbərliyi ilə “Методы анализа […]