22/05/2025
Əliyev Bəhram Əli oğlu, diferensial-operator tənliklər nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis, 22 may 1952-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olmuş, 1969-cu ildə Ağtəhlə kənd orta məktəbini bitirmişdir. 1969-cu ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü ildə həmin institutun riyaziyyat fakültəsini bitirmiş, 1973-1974-cü illərdə Ağtəhlə kənd orta məktəbində riyaziyyat müəllimi […]
16/05/2025
Əzimov Abbas Yadulla oğlu, diferensial oyunlar sahəsində tanınmış mütəxəssis, 16 may 1947-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsili 199 nömrəli orta məktəbdə almışdır. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1971-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun aspiranturasına qəbul olunmuş, təhsilini Moskva şəhərində, SSRİ EA V.A.Steklov adına Riyaziyyat İnstitutunda almış və 1974-cü […]
15/05/2025
Abdullayev Fəxrəddin Gülməmməd oğlu, yaxınlaşma nəzəriyyəsi, cəbiri polinomlar sahəsində mütəxəssis, 15 may 1957-ci ildə Şamaxı rayonunun Sündi kəndində (indi Qobustan ərazisi) anadan olmuş, 1974-cü ildə Bakı şəhəri 16 (indiki 52) nömrəli məktəbini bitirmişdir. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsində oxumuş, 1984-1986-cı illərdə Ukrayna Elmlər Akademiyası Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil almışdır. 1986-cı […]
12/05/2025
Ağayev Bəylər Əbdülrəhim oğlu, riyaziyyatın tədrisi metodikası və riyaziyyat tarixi sahəsində tanınmış mütəxəssis, 12 may 1905-ci ildə Şuşa şəhərində sənətkar ailəsində anadan olmuş, ibtidai təhsilini 1915-1919-cu illərdə Şuşada rus-tatar məktəbində almışdır. Bəylər Ağayevə həmin məktəbdə dərs deyən Həmid Ağayevin (1885-1939) onun inkişafında mühüm rolu olmuşdur. Həmid Ağayev 1905-ci ildə İrəvan seminariyasını bitirmiş və ömrünün sonuna […]
09/05/2025
Bəşirov Ağamirzə Ənvər oğlu, stoxastik optimal idarə etmə, sistemlər nəzəriyyəsi, riyazi analiz sahəsində mütəxəssis, 9 may 1954-cü ildə Salyan şəhərində anadan olmuş, 1961-1971-ci illərdə Bakı şəhəri 132 nömrəli məktəbdə təhsil almış, 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində oxumuşdur. 1976-1979-cu illərdə AEA Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutu) aspirantı olmuşdur. 1981-ci ildə Ukrayna Elmlər Akademiyasının […]
05/05/2025
Yaşar Səlimov Şakir oğlu 5 may 1938-ci ildə Ağdaş şəhərində anadan olmuş,1955-ci ildə Nizami adına 2 nömrəli orta məktəbi bitirmiş,həmil il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1960-cı ildə oranı bitirmişdir. 1963-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun ali riyaziyyat kafedrasında işə başlamış,orada əvvəlcə assistent,sonra isə dosent vəzifəsində çalışmışdır. 1970-ci ildə ADU-da […]