Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyatçıları

Azərbaycan riyaziyyatçıları- Valeri Salayev

Salayev Valeri Valayeviç, fizika-riyaziyyat elmləri doktoru, professor, sinqulyar operatorlar nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis. 1939-cu il sentyabrın 17-də Bakıda anadan olmuş, orta təhsilini 1946-1956-cı illərdə 169 nömrəli orta məktəbdə almış, 1962-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1964-cü ildə orada dissertant olmuş, 1967-ci ildə professor Arif Babayevin rəhbərliyi ilə ADU-da […]

Azərbaycan riyaziyyatçıları – Həşim Ağayev

Ağayev Həşim Nizam oğlu 1916-cı ildə Lənkəran rayonunda anadan olmuş, 1941-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, 1943-cü ildən SSRİ Elmlər Akademiyası Azərbaycan filialının fizika sektorunda əmək fəaliyyətinə başlamışdır. 1947-ci ildə akademik Zahid Xəlilovun rəhbərliyi ilə xüsusi törəməli diferensial tənliklər sahəsində namizədlik dissertasiyası müdafiə etmişdir. 1948-ci ildən 1954-cü ilə qədər Azərbaycan Elmlər […]

Azərbaycan riyaziyyatçıları- Cəlal Allahverdiyev

Allahverdiyev Cəlal Eyvaz oğlu, operatorların spektral nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis, 1929-cu ildə Şuşa şəhərində anadan olmuş, 1946-cı ildə ADU-nun Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1951-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. O, həmin il Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur. 1957-ci ildə akademik M.V.Keldışın rəhbərliyi altında “01.01.01” ixtisası üzrə “Bəzi öz-özünə qoşma olmayan […]

Azərbaycan riyaziyyatçıları-Daniyal İsrafilov

İsrafilov Daniyal Məhəmməd oğlu, riyazi analiz və funksiyalar nəzəriyyəsi, yaxınlaşma nəzəriyyəsi sahəsində mütəxəssis, 7 sentyabr 1955-ci ildə Qazax rayonu Poylu kəndində anadan olmuş, kənd orta məktəbində oxumuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin fakültəni bitirmişdir. 1982-ci ildə Ukrayna Elmlər Akademiyası Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunda (Donetsk) “Kvazikonform sərhədli oblastlarda […]

Azərbaycan riyaziyyatçıları – Ruslan Sadırxanov

Sadırxanov Ruslan Sultan oğlu, qeyri xətti analiz sahəsində mütəxəssis, 1947-ci il sentyabrın 5-də Bakıda anadan olmuş, 1970-ci ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini qurtarmış, 1970-1973-cü illərdə AEA Kibernetika İnstitutunun aspirantı olmuş, 1974-cü ildə professor Arif Babayevin rəhbərliyi ilə Bakıda “Об oдном квадратном процессе для сингулярного интеграла и его приложения (01.01.02)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1979-1983-cü illərdə […]

Azərbaycan riyaziyyatçıları -Qəmbər Namazov

Namazov Qəmbər Kazım oğlu, diferensial tənliklər sahəsində tanınmış mütəxəssis, 25 avqust 1932-ci ildə Ermənistanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuş, 1952-ci ildə Güllübulaq orta məktəbini gümüş medalla bitirmiş, həmin ildə ADU-nun fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olmuş, 1956-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1957-ci ildə AEA-nın aspiranturasına qəbul olmuş, 1962-ci ildə Moskva Dövlət […]

Faydalı linklər