23/08/2025
Abdullayev Sadiq Kərim oğlu 1943-cü il avqustun 23-də Ağdaş şəhərində anadan olmuş, 1960-cı ildə Ağdaş şəhər orta məktəbini bitirmiş, həmin il Azərbaycan Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1965-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il ADU-nun əyani aspiranturasına daxil olmuş, 1969-cu ildə professor Arif Babayevin elmi rəhbərliyi ilə “Cəmlənən sıxlıqlı məxsusi […]
15/08/2025
Musayev Binəli İsa oğlu, fizika-riyaziyyat elmləri doktoru, ADU-nun riyazi analiz kafedrasının professoru, funksiyalar nəzəriyyəsi və funksional analiz üzrə mütəxəssis. 15 avqust 1944-cü ildə Gürcüstan respublikasının Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. 1966-cı ildə ADU-nun mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1968-1971-ci illərdə AEA Kibernetika institutunun aspiranturasında təhsil almış, 1971-ci ildə “Qeyri xətti sinqulyar tənliklər sisteminin təqribi həlli” mövzusunda […]
14/08/2025
Yusubov Şakir Şıxı oğlu, optimal idarəetmə sahəsində mütəxəssis, 14 avqust 1959-cu ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Dəmirli kəndində anadan olmuşdur. Dəmirli 8 illik kənd məktəbində, 1974-1976-cı illərdə Darbaz kənd orta məktəbində oxumuş və həmin məktəbi qızıl medalla bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1981-ci ildə oranı bitirmişdir. 1984-cü ildən 1987-ci […]
11/08/2025
Mahmudov Ələddin Pirqasım oğlu, qeyri-xətti inteqral tənliklər sahəsində mütəxəssis, 11 avqust 1934-cü ildə Gürcüstan SSR Qarayazı (indiki Qardabani) rayonunun Təzəkənd kəndində anadan olmuş, ibtidai təhsilini 1943-1947-ci illərdə Təzəkənd ibtidai məktəbində almış, 1947-1951-ci illərdə Tatyanovka (indiki Kalininskaya) 8 illik məktəbində, 1951-1952-ci illərdə Tbilisi şəhərinin 37 saylı Azərbaycan orta məktəbində, 1952-1954-cü illərdə Qardabani rayonunun Azərbaycan orta məktəbində […]
06/08/2025
Əliyev Rəşid Əvəzağa oğlu 6 avqust 1974-cü ildə Cəlilabad şəhərində anadan olmuş, 1990-cı ildə Cəlilabad şəhər 8 nömrəli orta məktəbi qızıl medalla bitirmiş və həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1995-ci ildə Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək universitetin 01.01.01-Riyazi analiz ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. Aspirantura müddəti başa çatmamış, 1998-ci […]
29/07/2025
Hüseynzadə Sabir Məcid oğlu – cəbri həndəsə, cəbri topologiya, tətbiqi riyaziyyat sahələrində tanınmış mütəxəssis, 29 iyul 1950-ci ildə Moskva şəhərində anadan olmuş, orta təhsilini 1957-1966-cı illərdə Moskva şəhərində almışdır. 1971-ci ildə Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1971-1974-cü illərdə 01.01.04. ixtisası üzrə aspiranturada təhsil almışdır. 1975-ci ildə Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində 01.01.04 ixtisası üzrə […]