29/06/2025
Tağıyev Rafiq Qələndər oğlu, paylanmış parametrli sistemlər üçün optimal idarəetmə nəzəriyyəsi, 29 iyun 1953-cü ildə Qazax rayonu Köçəsgər kəndində anadan olmuşdur. 1961-1968-ci illərdə Köçəsgər kənd məktəbində, 1969-1970-ci illərdə Kirovkənd orta məktəbində, 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil almışdır. 1978-1981-ci illərdə həmin universitetin aspirantı olmuşdur. ADU-da prof. A.İsgəndərovun rəhbərliyi ilə “Parabolik və hiperbolik tənliklər üçün optimal […]
26/06/2025
Əfəndi Nəsib oğlu Nəsibov 26 iyun 1962-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun İmirhəsən kəndində anadan olmuşdur. 1978-ci ildə kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirən ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsinə daxil olmuş və 1983-cü ildə oranı riyaziyyatçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirdikdən […]
20/06/2025
Xanıyev Tahir Əjdər oğlu, ehtimal nəzəriyyə sahəsində mütəxəssis, 20 iyun 1958-ci ildə Yardımlı rayonunun Porsova kəndində anadan olmuş, 1965-1975-ci illərdə kənd orta məktəbində oxuyub. 1980-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmişdir. 1987-ci ildə Ukrayna EA Riyaziyyat İnstitutunda akademik A.V.Skoroxodun rəhbərliyi ilə “Изучение процессов полумерковского блуждания с двумя задерживающими экранами (01.01.05)” mövzusunda namizədlik, 2006-cı ildə […]
12/06/2025
Hüseynov Rauf Vəli oğlu 12 iyun 1940-cı ildə Göyçay şəhərində anadan olmuşdur. 1956-cı ildə Göyçay şəhəri 4 nömrəli orta məktəbi bitirmişdir. 1956-1959-cu illərdə Sumqayıt sintetik kauçuk zavodunda maşinist işləmişdir. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almış, 1964-1967-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində dünya şöhrətli alim, professor Q.E.Şilovun aspirantı kimi elmi […]
10/06/2025
Axıyev Seyidəli Seydi oğlu, fizika-riyaziyyat elmləri doktoru, professor, optimal idarəetmənin riyazi üsulları, diferensial tənliklər və riyazi fizika tənlikləri sahəsində tanınmış mütəxəssis. 10 iyun 1946-cı ildə Şamaxı rayonunun Dağ-Kolanı kəndində anadan olmuş, 1964-cü ildə rayondakı Nərimankənd orta məktəbini bitirmiş, həmin il ADU-nun mexanika-riyaziyyat fakültəsinin mexanika bölməsinə daxil olmuşdur. Həmin şöbədə iki il oxuyarkən diferensial tənliklər fənnindən […]
08/06/2025
Qasımov Yusif Soltan oğlu 8 iyun 1968-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1985-ci ildə Süleymanlı kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1992-ci ilə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin dissertantı olmuşdur. 1997-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda […]