Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

22.05.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalov “Funksiyaların Banax fəzaları (Orliç fəzaları). Riman sərhəd məsələləri. Bazislik məsələlərinə tətbiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə bazislik məsələlərinin öyrənilməsi üçün Riman sərhəd məsələsi metodunun mahiyyətindən bəhs edilir. Funksiyaların yeni Banax fəzalarında müəyyən sistemlərin (məs. […]

“Proyeksiya–şəbəkə üsulları ilə bəzi sinif səth üzrə inteqral tənliklərin həllinin tədqiqi” mövzusunda seminar keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun  “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Elnur Həsən oğlu Xəlilov “Proyeksiya–şəbəkə üsulları ilə bəzi sinif səth üzrə inteqral tənliklərin həllinin tədqiqi” mövzusunda məruzə edib. Məruzədə səth üzrə bəzi sinif […]

“Optimal idarəetmə nəzəriyyəsində Pontryaginin maksimum prinsipinin bəzi ümumiləşmələri” mövzusunda seminar keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda riyaziyyat üzrə elmlər doktoru, dosent Şakir Yusubov “Optimal idarəetmə nəzəriyyəsində Pontryaginin maksimum prinsipinin bəzi ümumiləşmələri” mövzusunda məruzə edib. Məruzədə Pontryaginin məlum maksimum prinsipinin gücləndirilməsi və ümumiləşməsi istiqamətində bəzi nəticələr şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

“Kəsilən əmsallı tənliklərin qeyri-hamar oblastlarda həllərinin requlyarlığı” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi f-r.e.d, professor Tahir Hacıyev “Kəsilən əmsallı tənliklərin qeyri-hamar oblastlarda həllərinin requlyarlığı” mövzusunda çıxış edib. Məruzədə müntəzəm elliptik xətti tənliklərin həllərinin qeyri-hamar oblastlarda hamarlığı xassələrindən danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Əlavə xətti potensiala malik olan Şredinger tənliyi üçün səpilmənin tərs məsələsi haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin əməkdaşı, professor Aqil Xanməmmədov  “Əlavə xətti potensiala malik olan Şredinger tənliyi üçün səpilmənin tərs məsələsi haqqında” mövzusunda məruzə edib. Məruzə əlavə xətti potensiala malik olan birölçülü Şredinger tənliyi üçün Qelfand-Levitan formalizminə həsr olunub. Mənfi sonsuzluqda şərt ödəyən çevirmə operatoru qurulub […]

E L A N

16.05.2019-cu il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda riyaziyyat üzrə elmlər doktoru, dosent Şakir Yusubov “Optimal idarəetmə nəzəriyyəsində Pontryaginin maksimum prinsipinin bəzi ümumiləşmələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə Pontryaginin məlum maksimum prinsipinin gücləndirilməsi və ümumiləşməsi istiqamətində bəzi nəticələr şərh olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər