Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

13 mart 2019-cu il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin dosenti Sevda İsayeva “Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlər” mövzusunda çıxış edəcəkdir. Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat veriləcək və qeyri-xətti dissipasiyalı qeyri-xətti hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlərin həllərinin […]

E L A N

13.03.2019-cu il saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunun direktoru, iqtisadiyyat üzrə elmlər doktoru, professor Nazim İmanov “İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin yuxarı həddi” mövzusunda məruzə edəcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Nazikdivarlı çubuq-örtüklərin gərginlik-deformasiya vəziyyəti” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirilib. Şöbənin genişləndirilmiş seminarında Kazan (Privoljski) Federal Universitetinin dosenti Linar Salıxzanoviç Sabitov 01.02.04 – deformasiya olunan bərk cism mexanikası ixtisasında fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün yerinə yetirdiyi “Nazikdivarlı çubuq-örtüklərin gərginlik-deformasiya vəziyyəti” adlı dissertasiya işini məruzə edib. […]

“Grand-Lebesgue fəzalarında approksimasiyanın bəzi sualları” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda  Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dos. Miqdad İsmayılov “Grand-Lebesgue fəzalarında approksimasiyanın bəzi sualları” mövzusunda məruzə edib. Məruzədə L p)( – π; π), p > 1, grand-Lebesgue fəzalarda G p)( – π; π) alt fəzası təyin edilib.  [-π; π] parçasında kəsilməz finit funksiyalar C 0∞ [ – π; π ] çoxluğunun G p)( – π; π) fəzasında sıx […]

E L A N

06.03.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi f.-r.e.n., dos. Miqdad İmdad oğlu İsmayılov “Grand-Lebesgue fəzalarında approksimasiyanın bəzi sualları” mövzusunda məruzə edəcəkdir. Məruzədə L p)( – π; π), p > 1, grand-Lebesgue fəzalarda G p)( – π; π) alt fəzası təyin edilir.  [-π; π] parçasında kəsilməz finit funksiyalar C 0∞ [ – π; π ] çoxluğunun G p)( – π; π) fəzasında sıx […]

“Heyzenberq qruplarında kəsr maksimal operatorun lokal və qlobal Morri tipli fəzalarda məhdudluğu” mövzusunda seminar keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin magistrantı Əlizadə Fidan Asif qızı “Heyzenberq qruplarında kəsr maksimal operatorun lokal və qlobal Morri tipli fəzalarda məhdudluğu” mövzusunda məruzə edib. Məruzə Heyzenberq qruplarında kəsr maksimal operatorun lokal və qlobal Morri tipli fəzalarda məhdudluğuna […]

Faydalı linklər