Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

“Bəzi qeyri-lokal şərtli sərhəd məsələləri və onlarla təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqi” mövzusunda seminar keçirilib

Bu gün «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi r.e.d, professor Yaqub Şərifov “Bəzi qeyri-lokal şərtli sərhəd məsələləri və onlarla təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqi” mövzusunda məruzə edib. Məruzədə bəzi qeyri-lokal sərhəd məsələləri (üçnöqtəli, üçnöqtəli və inteqral, üçnöqtəli və impulsiv və s.) və onlarla təsvir olunan optimal idarəetmə […]

E L A N

01.03.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçiriləcəkdir. Seminarda “Riyazi analiz” şöbəsinin magistrantı Əlizadə Fidan Asif qızı “Heyzenberq qruplarında kəsr maksimal operatorun lokal və qlobal Morri tipli fəzalarda məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzə Heyzenberq qruplarında kəsr maksimal operatorun lokal və qlobal Morri tipli fəzalarda məhdudluğuna həsr olunacaq. © […]

“Laya hidrodinamik təsir zamanı kapilyar dayanıqsızlığının tənzimlənməsi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarı institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov açıb. Ömrünün 79-cu ilində dünyasını dəyişmiş tanınmış riyaziyyatçı alim, institutun “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Hüseynovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Maye və qaz mexanikası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü […]

E L A N

28.02.2019-cu il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi r.e.d, professor Yaqub Şərifov “Bəzi qeyri-lokal şərtli sərhəd məsələləri və onlarla təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə bəzi qeyri-lokal sərhəd məsələləri (üçnöqtəli, üçnöqtəli və inteqral, üçnöqtəli və impulsiv və s.) məsələləri və onlarla təsvir […]

E L A N

27.02.2019-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Minhac oğlu Pənahov “Laya hidrodinamik təsir zamanı kapilyar dayanıqsızlığının tənzimlənməsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə lay sistemində kapilyar dayanıqsızlıq proseslərinin tənzimlənməsinin Maranqoni effekti və artan hidrodinamik təsir etmə üsulları ilə mümkünlüyü haqda danışılacaq. Bu üsulların həyata […]

“Dəyişən dərəcəli və qarışıq normalı Lebeq fəzalarında daxilolma teoremləri” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin magistrantı Sadıqov Elvin Vüqar oğlu “Dəyişən dərəcəli və qarışıq normalı Lebeq fəzalarında daxilolma teoremləri” mövzusunda məruzə edib. Məruzədə dəyişən dərəcəli və qarışıq normalı Lebeq fəzalarında daxilolma teoremləri müzakirə olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

Faydalı linklər