22.02.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçiriləcəkdir. Seminarda “Riyazi analiz” şöbəsinin magistrantı Sadıqov Elvin Vüqar oğlu “Dəyişən dərəcəli və qarışıq normalı Lebeq fəzalarında daxilolma teoremləri” mövzusunda məruzə edəcək. Məruzədə dəyişən dərəcəli və qarışıq normalı Lebeq fəzalarında daxilolma teoremləri müzakirə olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda İdarəetmə Sistemləri İnstitutunun “Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Kamil Aydazədə “Paylanmış parametrli sistemlərdə nəzarət nöqtələrinin optimallaşdırılması ilə bir sintez idarəetmə məsələsi” mövzusunda məruzə edib. Məruzədə istilik daşıyıcısı üçün qapalı sistemdə istiliyin verilməsini təmin edən qızdırılma aparatının optimal […]
21.02.2019-cu il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi r.e.d, professor Yaqub Şərifov “Bəzi qeyri-lokal şərtli sərhəd məsələləri və onlarla təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə bəzi qeyri-lokal sərhəd məsələləri (üçnöqtəli, üçnöqtəli və inteqral, üçnöqtəli və impulsiv və s.) məsələləri və onlarla təsvir […]
20.02.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Kamil Rəcəb oğlu Aydazədənin “Paylanmış parametrli sistemlərdə nəzarət nöqtələrinin optimallaşdırılması ilə bir sintez idarəetmə məsələsi haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə istilik daşıyıcısı üçün qapalı sistemdə istiliyin verilməsini təmin edən qızdırılma aparatının optimal idarə […]
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorlarlar” mövzusunda məruzə edib. Məruzədə multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə […]
15.02.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorlarlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunacaqdır. […]