30.01.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Rusiya Elmlər Akademiyası, Sibir bölməsi, Sobolev adına Riyaziyyat İnstitutu və Novosibirsk Dövlət Universitetinin professoru İvan Anantolyeviç Maltsev “Klonların hipereyniliklərlə bölünməsi” mövzusunda məruzə edəcəkdir. Məruzə bölünən klonlar üçün hipereyniliklərin tapılmasına həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
AMEA-nın Riyaziyyat və Mxanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin magistrantı Dünya Rəsul qızı Əliyeva “Çəkili Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu haqqında” mövzusunda məruzə edib. Məruzə monoton çəki funksiyaları halında Hausdorf operatorunun çəkili Lebeq fəzasında tədqiqinə həsr olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]
30.01.2019-cu il tarixində saat 12:00-da “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarında AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi Mahir Pirquliyev “Maqnit sahəsi effektləri nəzərə alınmaqla differensial fırlanan Günəşin aşağıtezlikli məxsusi rəqsləri” adlı məruzə ilə çıxış edəcəkdir. Məruzədə uzunperiodlu burulğanlı Rossbi tipli qlobal rəqslərin yaranması, […]
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyev “Öz‐özünə qoşma olmayan Hill operatorunun spektral analizi” mövzusunda məruzə edib. Məruzədə öz‐özünə qoşma olmayan Hill operatoru üçün bütün oxda tərs spektral məsələ ətrafında danışılıb. Fundamental həllərin əsas xassələri tədqiq olunub və operatorun spektri […]
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarı keçirilib. Seminarda AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin kiçik elmi işçisi Rəcəb İsmayıllı “Anizotrop Günəş küləyi plazmasında maqnithidrodinamik Kelvin-Helmholtz tipli dayanaqsızlıq” adlı məruzə ilə çıxış edib. Məruzədə Anizotrop Günəş küləyi plazmasında Kelvin-Helmholtz dayanaqsızlığı halında […]
25.01.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçiriləcəkdir. Seminarda “Riyazi analiz” şöbəsinin magistrantı Dünya Rəsul qızı Əliyeva “Çəkili Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzə monoton çəki funksiyaları halında Hausdorf operatorunun çəkili Lebeq fəzasında tədqiqinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]