23.11.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi İsayev Fətayi Abdulhəmid oğlu “Riss potensialının kommutatoru üçün ikiçəkili bərabərsizliklər” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Riss potensialının kommutatoru üçün ikiçəkili bərabərsizliklərin doğru olması üçün bəzi kafi şərtlər müzakirə olunacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]
23.11.2018-ci il saat 12:00-da “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Mir-səlim-zadə Minavər Vaqif qızı “Stringerli lövhədə dairəvi deşik konturundan çıxan düzxətli çatın qismən bağlanması” mövzusunda məruzə edəcəkdir. Məruzədə stringerlərlə bərkidilmiş nazik lövhənin dairəvi deşiyinin konturundan çıxan uc zonalarındakı sahilləri arasında rabitə olan düzxətli […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Kəsr maksimal operatorun kommutatorunun Orliç fəzalarında Lipşitz sinfindən olan funksiyalar ilə təsviri” mövzusunda məruzə edib. Məruzədə kəsr inteqral operatorun kommutatorunun Orliç fəzalarında Lipşitz sinfindən olan funksiyalar ilə təsvirindən bəhs olunub. Həmçinin b-kommutator funksiyanın Lipşitz […]
22.11.2018-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., Rövşən Bəndəliyev “Kəsr tərtib diferensial tənliklərlə ifadə olunan optimal idarəetmə məsələlərində Pontryaqin maksimum prinsipinin analoqu” mövzusunda məruzə edəcəkdir. Məruzədə prosesə kəsr inteqral formada daxil olan və dinamikası Kaputo mənada verilmiş kəsr differensial tənliklər toplusu ilə verilmiş kəsr […]
21.11.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin əməkdaşı Elxan Abbasov “Qazın süzülmə prosesinin inteqral modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə qaz quyularında qazın qeyri-stasionar süzülmə prosesinin inreqral modeli qurularaq alınan əlaqəli differensial tənliklər sisteminin həllinin verilməsi haqqında danışılacaq. Məsələnin həllini asanlaşdırmaq üçün metodlar işlənmişdir. Quyunun ani bağlandığı hal üçün quyudibi […]
21.11.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Kəsr maksimal operatorun kommutatorunun Orliç fəzalarında Lipşitz sinfindən olan fuksiyalar ilə təsviri” mövzusunda məruzə edəcəkdir. Məruzədə kəsr maksimal operatorun kommutatorunun Orliç fəzalarında Lipşits sinfindən olan fuksiyalar vasitəsi ilə təsviri müzakirə ediləcəkdir. Ətraflı>> © […]