Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

31.10.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” institutunun aparıcı elmi işçisi Nurlana Ağayeva “Lay-quyu-nəql sistemində neftin süzülmə prosesinin hidrodinamikası” mövzusunda məruzə edəcəkdir. Təzyiqin bərpası prosesinin inteqral modeli qurulmuş və əlaqəli diferensial tənliklərin həlli verilmişdir. Lay-quyu sisteminin dinamik əlaqəsi nəzərə alınmaqla təzyiqin bərpası prosesinin dinamikasını təyin etməyə imkan verən analitik ifadə alınmışdır. Lay-quyu-nəql sistemində neftin […]

“İkinci növ effektlər nəzərə alınmaqla özlüzədələnən çubuğun qərarlaşmış uzununa rəqsləri” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirilib. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Mehriban Məmmədova “İkinci növ effektlər nəzərə alınmaqla özlüzədələnən çubuğun qərarlaşmış uzununa rəqsləri” mövzusunda məruzə edib. Məruzədə Reley nəzəriyyəsi əsasında sonlu uzunluğu olan özlüzədələnən çubuğun uzununa rəqsləri məsələsi həll edilib. Polimer və kompozit […]

Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlarlar

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlarlar” mövzusunda məruzə edib. Məruzədə multisubxətti maksimal operator və multixətti inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunub. © Bütün […]

“Kəsr tərtibli variasiya məsələsində zəruri şərtlər haqqında” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Şakir Yusubov “Kəsr tərtibli variasiya məsələsində zəruri şərtlər haqqında”mövzusunda məruzə edib. Məruzədə kəsr tərtibli variasiya məsələsi haqqında danışılıb. Kəsr tərtib variasiya məsələsində klassik Eyler-Laqranj tənliyinin və Lejandr şərtinin analoqları şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

“Qeyri xətti Hiperbolik tənliklərin müasir problemləri və inkişaf tarixi” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun  “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., professor Əkbər Əliyev “Qeyri xətti Hiperbolik tənliklərin müasir problemləri və inkişaf tarixi” mövzusunda ikinci məruzə ilə çıxış edib. İkinci məruzədə yarımxətti tənliklər üçün Koşi məsələsinin və qarışıq məsələnin qlobal həllinin varlığı və yeganəliyinin tarixi inkişaf mərhələlərindən danışıldı. © […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda akademik Roald Saqdeyevin məruzəsi dinlənilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki, Sosialist əməyi qəhrəmanı, Lenin mükafatı laureatı, ABŞ-ın Merilend Universitetinin, ADA Universitetinin və Milli Aviasiya Akademiyasının professoru Roald Zinnuroviç Saqdeyev çıxış edib. Tədbirdə ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev […]

Faydalı linklər