27.09.2018-ci il saat 10:30-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “İnteqral daxil olma üçün ekstremal məsələ” mövzusunda məruzə edəcəkdir. İşdə inteqral daxil olma üçün ekstremal məsələnin həllinin optimallığı üçün zəruri və kafi şərt alınmışdır. © Bütün hüquqlar qorunur. […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov “Morri tip fəzalarda həyəcanlanmış eksponent sisteminin bazisliyi” mövzusunda məruzə edib. Məruzədə ß müəyyən kompleks parametr olduqda {ei(n-ßsignn)t}neZ həyəcanlanmış eksponent sisteminə baxılıb. ß parametri üzərinə zəruri və kafi şərtlər tapılıb. Bu şərtlər daxilində bu sistem […]
19.09.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalov “Morri tip fəzalarda həyəcanlanmış eksponent sisteminin bazisliyi” mövzusunda məruzə edəcəkdir. Məruzədə ß müəyyən kompleks parametr olduqda {ei(n-ßsignn)t}neZ həyəcanlanmış eksponent sisteminə baxılır. ß parametri üzərinə zəruri və kafi şərtlər tapılır. Bu şərtlər daxilində bu sistem ( -π, π ) intervalında […]
19.09.2018-ci il tarixində saat 11:10-da “Diferensial tənliklər” və “Funksional analiz” şöbələrinin birgə elmi seminarı keçiriləcək. Seminarda Elnarə Buxsay qızı Axundovanın 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Üçüncü tərtib adi diferensial operatorlara uyğun spektral ayrılışın yığılması” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar […]
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda BDU-nun “Diferensial və inteqral tənliklər” kafedrasının dosenti Musayev Hümbət Kazım oğlu “Çəkili Lp fəzalarında bürümə diferensial operator tənliklər üçün requlyarlıq xassələri” mövzusunda məruzə edib. Məruzədə müəyyən sinif bürümə diferensial operator tənliklərə baxılıb. Həll prosesində yaranan operator funksiyaların multiplikatorluğu göstərilib və […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d. Bəhram Əli oğlu Əliyev “Kompleks parametrli elliptik tip diferensial-operator tənliklər üçün sərhəd məsələlərinin həll ounması” mövzusunda məruzə edib. Məruzədə elliptik tip diferensial-operator tənliklər üçün elə sərhəd məsələlərinə baxılıb ki, eyni bir kompleks parameter həm tənlikdə, həm də […]