06.06.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda BDU-nun dosenti Şirmayıl Bağırov “Zaman arqumentinə görə periodik əmsallı zəif əlaqəli yarım-xətti parabolik tənliklər sisteminin müsbət qlobal həllərinin yoxluğu” mövzusunda çıxış edəcək. Məruzədə xarici oblastda zaman arqumentinə görəperiodik əmsallı zəif əlaqəli yarım-xətti parabolik tənliklər sisteminə baxılır. Müsbət qlobal həllin yoxluğu məsələsi tədqiq olunur. […]
06.06.2018-ci il saat 10:00-da növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminar görkəmli riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm və texnika xadimi, akademik Zahid İsmayıl oğlu Xəlilovun xatirəsinə həsr olunacaq. Tədbirdə alim haqqında xatirələr danışılacaq. Qeyd edək ki, bu günlərdə Zahid Xəlilovun “Funksional analizin əsasları” kitabı AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi şurasının qərarı ilə Moskva […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin “Lövhənin qızdırılması prosesində nöqtəvi ölçmələr və toplanmış istilik mənbələrin yerləşməsinin optimallaşdırılması” mövzusunda seminarı keçirilib. Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun dissertantı Vüqar Adəm oğlu Həşimov “Lövhənin qızdırılması prosesində nöqtəvi ölçmələr və toplanmış istilik mənbələrin yerləşməsinin optimallaşdırılması” mövzusunda çıxış edib. Toplanmış idarəetmələrin sintezi ilə nazik lövhənin qızdırılmasının prosesi misalı […]
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının seminarı keçirilib. Seminarda laboratoriyanın b.e. işçisi Zakir Zabidov “İdentifikasiya məsələlərində əlamətlər arasında metrik məsafənin seçimi problemləri” mövzusunda məruzə edib. Məruzədə identifikasiya məsələlərində əlamətlərin seçimi (peyk məlumatlarından istifadə etməklə) və onların arasında metrik məsafənin təyini problemləri müzakirə olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
01.06.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Əlifağa oğlu Bəndəliyev “Dəyişən dərəcəli Morri fəzasında daxilolma teoremləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə dəyişən dərəcəli Morri fəzaları arasında kəsilməz daxiloma üçün meyarlar haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r. e.n. Rəşid Əliyev “Sinqulyar və hipersinqulyar inteqral operatorların approksimasiyaları” mövzusunda məruzə edib. Çıxışda Koşi nüvəli və Hilbert nüvəli sinqulyar və hipersinqulyar inteqral operatorların xüsusi növ operatorlar ardıcıllığı ilə approksimasiyaları verilib. Göstərilib ki, approksimasiya edən operatorlar sinqulyar […]