31.05.2018–ci il saat 11:00 “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının seminarı keçiriləcəkdir. Seminarda laboratoriyanın b.e. işçisi Zakir Zabidov “İdentifikasiya məsələlərində əlamətlər arasında metrik məsafənin seçimi problemləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə identifikasiya məsələlərində əlamətlərin secimi (peyk məlumatlarından istifadə etməklə) və onların arasında metrik məsafənin təyini problemləri müzakirə olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]
30.05.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda şöbənin magistrantı Yetər Fərhadovanın diferensial tənliklər ixtisası üzrə “Bir sinif dissipativ Timoşenko sistemi üçün qarışıq məsələnin həllərinin asimptotikasi” adlı dissertasiya işinin müzakirəsi keçirələcək. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
30.05.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r. e.n. Rəşid Əvəzağa oğlu Əliyev “Sinqulyar və hipersinqulyar inteqral operatorların approksimasiyaları haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə Koşi nüvəli və Hilbert nüvəli sinqulyar və hipersinqulyar inteqral operatorların xüsusi növ operatorlar ardıcıllığı ilə approksimasiyaları veriləcək. Göstəriləcək ki, approksimasiya edən operatorlar sinqulyar və hipersinqulyar […]
Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminar keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Kəsilən əmsallı parabolik tənliyin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı” mövzusunda məruzə edib. Məruzədə kəsilən əmsallı elliptik/parabolik tənlik üçün qoyulmuş sərhəd məsələsinin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı haqqında danışılıb. […]
25.05.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Kəsilən əmsallı parabolik tənliyin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı” mövzusunda məruzə edəcəkdir. Məruzədə kəsilən əmsallı elliptik/parabolik tənlik üçün qoyulmuş sərhəd məsələsinin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı haqqında […]
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Türkiyənin Adıyaman Universitetinin professoru Manaf Cabbar oğlu Manafov “Ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların spektral analizi” mövzusunda məruzə edib. Məruzədə ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların təyin oblastları verildikdən sonra baxılan operatorların spektral xassələri və bu spektral xassələrə əsaslanaraq baxılan problemlərə […]