Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

“Ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların spektral analizi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Türkiyənin Adıyaman Universitetinin professoru Manaf Cabbar oğlu Manafov “Ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların spektral analizi” mövzusunda məruzə edib. Məruzədə ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların təyin oblastları verildikdən sonra baxılan operatorların spektral xassələri və bu spektral xassələrə əsaslanaraq baxılan problemlərə […]

E L A N

23.05.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Türkiyənin Adıyaman Universitetinin professoru Manaf Cabbar oğlu Manafov “Ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların spektral analizi” mövzusunda məruzə edəcəkdir. Məruzədə ümumiləşmiş potensiallı diferensial və bəzi fərq operatorların təyin oblastları verildikdən sonra baxılan operatorların spektral xassələri və bu spektral xassələrə əsaslanaraq baxılan problemlərə görə tərs məsələlər haqqında məlumat veriləcəkdir. […]

E L A N

23.05.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” və “Funksional analiz” şöbələrinin birgə elmi seminarı keçiriləcək. Seminarda Mehriban Kərimovanın 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Cırlaşan elliptik- parabolik tip tənliklərin həllinin araşdırılması” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

“Ümumiləşdirilmiş Kanyar-Huup metodunun çox- ölçülü riyazi-fizika məsələlərinə tədbiqi” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tədbiqləri” adlı seminarı keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin aparıcı elmi işçisi Rəsulov Mübariz Bilal oğlu “Ümumiləşdirilmiş Kanyar-Huup metodunun çoxölçülü riyazi-fizika məsələlərinə tətbiqi” mövzusunda məruzə edib. Məruzə Laplas-Furye inteqral çevrilməsindən sonra dəyişməz qalan analitik funksiyaların çoxölçülü riyazi-fizika məsələlərinin həllərinin qurulmasına həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. […]

“Optimal İdarəetmə” şöbəsinin “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda seminarı keçirilib

“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirildi. AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda çıxış edib. Məruzədə qeyri-lokal başlanğıc və sərhəd şərtləri ilə parabolik tip tənlik üçün iki tərs mənbə məsələlərinə baxılıb. Tərs məsələlərin düz xətlər üsuluna əsaslanan ədədi həll üsulu […]

E L A N

18.05.2018-ci il saat 11:00 “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tədbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda “Dalğa dinamikası” şöbəsinin aparıcı elmi işçisi Rəsulov Mübariz Bilal oğlu “Ümumiləşdirilmiş Kanyar-Huup metodunun çoxölçülü riyazi-fizika məsələlərinə tədbiqi” məruzə edəcəkdir. Məruzə Laplas-Furye inteqral çevrilməsindən sonra dəyişməz qalan analitik funksiyaların çoxölçülü riyazi-fizika məsələlərinin həllərinin qurulmasına həsr olunmuşdur. © Bütün hüquqlar […]

Faydalı linklər