01.06.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Birinci və ikinci tərtib sub-diferensial” mövzusunda məruzə edəcəkdir. Məruzədə müəllif tərəfindən verilən birinci və ikinci tərtib sub-diferensialın bəzi xassələri öyrəniləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
31.05.2017-ci il tarixində saat 14.00 da “Tətbiqi riyaziyyat” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f.r.e.d., prof. Qabil Qəribxan oğlu Əliyev “Kiçik ölçülü sistemlərdə kvant-mexanik effektləri nəzərə almaqla özlü mayenin silindrik borularda laminar axımı ” mövzusunda çıxış edəcəkdir. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
31.05.2017 tarixində Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman İmran oğlu Məmmədov ”Cırlaşan kvazixətti elliptik tənliklər üçün aradan qaldırıla bilən məxsusi nöqtə haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzə, divergent formalı cırlaşan kvazixətti elliptik tənliklər sinfində aradan qaldırıla bilən məxsusi nöqtə haqqında teoremin doğru olması üçün cırlaşmalara qoyulan kafilik şərtinin […]
31 may 2017-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı, dos. Bağırov Şirmayıl Həsən oğlu “Xarici oblastda bəzi yarım-xətti elliptik və parabolik tənliklərin qlobal həllərinin varlığı” mövzusunda çıxış edəcək. Məruzədə kompaktın xarici olan oblastda bəzi yarım-xətti elliptik, parabolik tənliklər üçün Fudjita tipli nəticələr haqda müəllifin son […]
30.05.2017-ci il tarixində saat 11:00-da “Hesablama riyaziyyatı və informatika” şöbəsinin növbəti seminarında böyük elmi işçi, t.e.n. Sadıxov Vüqar Vaqif oğlu “MATLAB proqramlaşdırma mühitində elektrik intiqalının idarəetmə interfeysinin yaradılması. Polimerlərin keyfiyyətinə nəzarət məsələlərinə tətbiqi” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə sabit cərəyan intiqallarının rejim parametrlərinə avtomatik nəzarət və idarə funksiyalarının geniş əhatə dairəsini həyata keçirən proqram […]
Bu gün Ümuminstitut seminarında Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Andrey V. Fursikov “NAVİE-STOKS SİSTEMİ ÜÇÜN BİR OPTİMAL İDARƏETMƏ MƏSƏLƏSİ” mövzusunda məruzə edib. Məruzədə üç ölçülü evolusyon Navie-Stoks tənliyi üçün məhdud Ω oblastının xaricində sərhəd idarə məsələsinə baxılıb. Məqsəd müqavimət funksionalını ∂Ω sərhəddində qoyulan Dirixle şərti daxilində minimallaşdırmaqdır. Məruzədə əvvəlcə ∂Ω sərhəddində axrtarılan idarələrin aid […]