Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elanlar

E L A N

22.02.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, AMEA müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Kəsr maksimal operator, Riss potensialı və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə kəsr maksimal operator, Riss potensialı və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarların keçirilməsinə başlayır. Orta məktəb şagirdlərinin riyaziyyata marağının artırılması, istedadlı uşaqların vaxtında aşkar olunub seçilməsi və onların riyazi biliklərə daha dərindən yiyələnməsi məqsədi ilə təşkil olunan elmi-populyar seminar və mühazirələr dünyanın bir çox elmi mərkəzlərinin praktikasında […]

“Bəzi diskret operatorlar üçün spektral analizin tərs məsələsi” mövzusunda Ümuminsitut seminarı keçirilib

Bu gün Ümuminsitut seminarında RMİ-nin “Diferensial tənliklər” söbəsinin böyük elmi işçisi f.-r.e.d., prof. Aqil Xanməmməd oğlu Xanməmmədov “Bəzi diskret operatorlar üçün spektral analizin tərs məsələsi” mövzusunda məruzə edib. Məruzə Şturm-Liuvill tənliyi və birölçülü Dirak sisteminin diskret analoqları üçün səpilmənin tərs məsələsinə həsr olunub. Tərs məsələnin birqiymətli həll olunması üçün zəruri və kafi şərtlər göstərilib. Tərs […]

E L A N

15.02.2017- ci il saat 10:00-da Ümuminsitut seminarında RMİ-nin “Diferensial tənliklər” söbəsinin böyük elmi işçisi f.-r.e.d., prof. Aqil Xanməmməd oğlu Xanməmmədov “Bəzi diskret operatorlar üçün spektral analizin tərs məsələsi” mövzusunda məruzə edəcəkdir. Məruzə Şturm-Liuvill tənliyi və birölçülü Dirak sisteminin diskret analoqları üçün səpilmənin tərs məsələsinə həsr olunub. Tərs məsələnin birqiymətli həll olunması üçün zəruri və kafi […]

“Hilbert çevirməsinin xassələri haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi f.r.e.n. Rəşid Əvəzağa oğlu Əliyev “Hilbert çevirməsinin xassələri haqqında” mövzusunda məruzə edib. Məruzə sonlu kompleks ölçünün Hilbert çevirməsinin xassələrinə həsr olunub. Məruzədə sonlu kompleks ölçünün Hilbert çevirməsinin paylanma funksiyası üçün asimptotik bərabərliklər verilib və Lebeq inteqralının ümumiləşməsi olan Q-inteqral anlayışından istifadə olunaraq Riss bərabərliyi […]

E L A N

08.02.2017-cı il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi f.r.e.n. Rəşid Əvəzağa oğlu Əliyev «Hilbert çevirməsinin xassələri haqqında» mövzusunda məruzə edəcəkdir. Məruzə sonlu kompleks ölçünün Hilbert çevirməsinin xassələrinə həsr olunub. Məruzədə sonlu kompleks ölçünün Hilbert çevirməsinin paylanma funksiyası üçün asimptotik bərabərliklər veriləcək və Lebeq inteqralının ümumiləşməsi olan Q-inteqral anlayışından istifadə olunaraq […]

Faydalı linklər