E L A N
05.04.2017 tarixində Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Yavuz oğlu Axundov ”Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər” mövzusunda məruzə edəcək. Məruzə yarımxətti parabolik və elliptik tip tənliklər üçün bəzi əmsallı tərs məsələlərin Tixonov mənada korrektliyinin tədqiqinə həsr olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]
05.04.2017-ci il tarixində saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “İndefinit metrikalı fəzalarda Ermit operatorları” mövzusunda çıxış edəcəkdir. Məruzədə L.S. Pontryaqin tərəfindən daxil edilmiş indefinit metrika və indefinit metrikalı fəza anlayışları haqqında ümumi məlumat verilir; indefinit metrikalı fəzalarda Ermit operatorunun spektral xassələrinin tədqiqi şərh edilir. Arzu edənlər […]
Hər həftənin 3-cü günü saat 12:00-da Riyaziyyat və Mexanika Institutunda AMEA-nın müxbir üzvü, professor R.V. Hüseynovun rəhbərliyi ilə ”Riyazi fizika tənlikləri” şöbəsinin ”Diferensial tənliklərin keyfiyyət xassələri” adlı seminarı keçirilir. 05.04.2017 tarixində ”Riyazi fizika tənlikləri” şöbəsinin seminarında professor Fərman Məmmədov Cristian E. Gutierrez və Federico Tournier-in ”Harnack inequality for a degenerate elliptic equation” adlı məqaləsində alınmış […]
03.04.2017-ci il saat 12:00-da “Sürüncəkilk nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir (otaq 705, mərtəbə 7). Seminarda şöbənin müdiri f.-r.e.d., professor Lətif Xəlil oğlu Talıblının “Cismlərin təsadüfi dəyişən təsirlər altında korroziya yorğunluq dağılması vaxtının proqnozlaşdırılması” mövzusunda birinci məruzəsi olacaqdır. Məruzədə konstruksiyalara təsadüfi yüklənmələrin təsiri analiz ediləcəkdir. © Bütün hüquqlar qorunur. […]
03.04.2017-сi ildə saat 12:00-da “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda şöbənin müdiri r.e.d. Vüqar İsmayılov “C(X) fəzasının altcəbrləri cəmi ilə ğöstərilişi üçün zəruri şərtlər” mövzusunda məruzə edəcək. Məruzədə kəsilməz funksiyalar fəzasının ixtiyari sonlu sayda cəbrlər cəmi şəklində göstərilə bilməsi üçün bir sıra zəruri şərtlər haqqında danışılacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
31.03.2017-cı il saat 12:00-da «Cəbr və riyazi məntiq» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi f.-r.e.n Aydın Şahbazov “Cəbrlər və onların maksimal idealları” mövzusunda məruzə edəcək. Məruzədə cəbrlər, involyusiyalı cəbrlər, onların idealları və maksimal idealları haqqında danışılacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.